AZ

“Atalanta” Çempionlar Liqasında iştirakını təmin etdi

İtaliya A Seriyasının 37-ci turu çərçivəsində Leççe ilə səfər oyunu Berqamo təmsilçisi “Atalanta” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 2:0 hesablı qələbə qazanmış bu komanda növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin etmiş olub.

Berqamo təmsilçisi 36 oyundan 66 xalla İtaliya A Seriyasının yarış cədvəlinin 5-ci pilləsində yerini möhkəmlədib və son 2 turun nəticələrindən asılı olmayaraq, bu mövqeyini tərk etməyəcək.

Son iki turda berqamolular A Seriyasının bürünc medalı uğrunda “Bolonya” və “Yuventus”la mübarizə aparacaqlar. Hər iki komanda 67 xal toplayıb və yarış cədvəlində müvafiq olaraq 3-cü və 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Atalanta” Çempionlar Liqasında iki illik fasilədən sonra çıxış edəcək. Berqamo təmsilçisinin ən yaxşı nəticəsi 2020-ci ildə mötəbər yarışın 1/4 final mərhələsi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
arena.az

1Mənbələr