AZ

ABŞ Lukaşenkonun “legitimliyini inkar etməyə” hazırlaşır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun “legitimliyini inkar edən sənəd” ABŞ Konqresinə təqdim olunub.

Musavat.com xəbər verir ki, bu barədə Belarusun xaricdə təşkilatmış müxalifətçilərinin yaratdıı “Birgə Keçid Kabinetinin” Telegram kanalında məlumat verilib. Sənəd Belarus hakimiyyətinin Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyini nəzərə alaraq yeni sanksiyalar nəzərdə tutur.

Bildirilir ki, sənəd Lukaşenkonu Belarusun qanuni seçilmiş prezidenti kimi tanınmamağı nəzərdə tutur. Eyni zamanda bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırış edilir.

“ABŞ Konqresi demokratik Belarusun ən ardıcıl müttəfiqlərindən biridir. 2004-ci ildə qəbul eduilmiş Belarus Demokratiya Aktının beşçinci dəfə yenilənməsi Amerika qanunvericilərinin Belarusdakı vəziyyəti nə qədər diqqətlə izlədiyini və ABŞ hökumətinə əməli tədbirlər təklif etdiyini sübut edir. Onu da əlavə edək ki, analoji qanun layihəsi Senata da təqdim olunub. Konqresin bu qanunu ilin sonuna kimi qəbul edəcəyi gözlənilir” deyə, xaricdəki müxalifətin nümayəndəsi Valeri Kovalevski bildirib.

Qeyd edək ki, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Vaşinqtonda rəsmi şəxslərlə görüşlər zamanı sanksiyaların əhatə dairəsinin genişləndirilməsini istəyir. O iddia edir ki, Lukaşenkonun Ukrayna müharibəsində Rusiyaya dəstəyi ilə bağlı o sübutları ABŞ hökumətinə təqdim edib. Tixanovskayanın fikrincə, Belarusa sanksiyalar Rusiyaya tətbiq olunanlarla “eyni gücdə olmalıdır”, dövlət banklarına və dövlət müəssisələrinə qarşı yönəldilməlidir.

Sözügedən sənəd ilk dəfə 2004-cü ildə legitimləşib. “Belarusda suverenlik, insan hüquqları və demokratiya haqqında” sənəddə ABŞ hakimiyyətinin bu ölkənin daxili işlərinə müdaxilə etməyə və bu ölkəni sanksiyalarla cəzalandırmasına faktiki icazə verdiyi bir çox məqamlar var. Xüsusilə 2020-ci ildə Belarusdakı prezident seçkisindən sonra ABŞ bu sənədi tez-tez yeniləməyə çalışıb. Ekspertlər qeyd edir ki, qəbul edilmiş sənəd “başqasının evində necə qayda-qanun yaratmaq” prinsipi ilə eynilik təşkil edir, həm də “ev sahibindən icazə almadan...” Bundan əlavə, Belarusda Demokratiya Aktı müxalifətin yaratdığı Koordinasiya Şurasını “hakimiyyətin dinc yolla ötürülməsi üzrə dialoqda iştirak etmək üçün qanuni qurum kimi tanıyır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
olke.az

2Mənbələr