AZ

Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna HDQ-nin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, gəmi gecə saatlarında zərərsizləşdirilib.

Xatırladaq ki, martın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın dəyəri 60 milyon dollardan artıq olan “Sergey Kotov” gəmisini zərərsizləşdirmişdi.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
17
teleqraf.com

10Mənbələr