AZ

"Qəbələ"də ayrılıq

“Qəbələ”nin legioneri Klesio Bauk mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az saytına verilən məlumata görə, mozambikli futbolçunun Azərbaycanı tərk etməmək variantı yüksəkdir. Onun xidmətində maraqlı olan komandalarımız var. 29 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər olsa da, o, komandanı azad agent statusu ilə tərk edəcək.

“Benfika B”, “Filadelfiya”, “Panetolikos”, “İstanbulspor”, “Zirə”, “Maritimo”, “Honka” komandalarında oynamış Baukun yeni ünvanı “Araz-Naxçıvan” ola bilər. O, Premyer Liqamızın digər klublarından gələn təklifləri dəyərləndirdikdən sonra qəti qərarını verəcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
apasport.az

1Mənbələr