AZ

FutbolAzərbaycan Premyer Liqasında XXXV tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulacaq.

"Far.Az"un məlumatına görə, son oyun günündə "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

23 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan ev sahiblərinin I Liqaya düşəcəyi dörd tur əvvəl dəqiqləşib.

35 xala malik Naxçıvan təmsilçisi isə doqquzuncu pillədə yer alıb. Elmar Baxşıyevin komandasının qazancağı 1 xal onları turnir cədvəlində səkkizinci sıraya yüksəldəcək.

Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" "Turan Tovuz"a (4:3), "Sabah" "Sumqayıt"a (2:0), "Neftçi" "Səbail"ə (3:0), "Zirə" isə "Kəpəz"ə (1:0) qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
7
far.az

8Mənbələr