AZ

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

PSJ-nin baş məşqçisi Luis Enrikenin novbəti mövsümdə hansı futbolçuların xidmətindən istifadə etmək istəmədiyi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.

Xəbərə görə, bunlar yarımmüdafiəçi Karlos Soler və müdafiəçilər - Milan Şkrinyarla Nordi Mukieledir. Mənbə Solerin xidmətində "Brayton" və 'Aston Villa"nın maraqlı olduğunu vurğulayıb. Şkrinyarın isə Paris təmsilçisindən ayrılmaq istəmədiyi bildirilib.

Xatırladaq ki, Fransa nəhənginin ulduz hücumçusu Kilian Mbappenin novbəti mövsümə "Real Madrid"də başlayacağı dəqiqləşib.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
fanat.az

1Mənbələr