AZ

Rövnəq Abdullayev AFFA-dan getdi, maliyyə dəstəyini kəsdi, burada işlər dayandı

Şövkət Orduxanov adına Qusar şəhər stadionunun tikintisi yenidən dayandırılıb.

Artıq bir müddətdir ki, burada inşaat prosesinə ara verilib.

Saytımızın Qusarda olan nümayəndəsinin yerli futbolsevərlərdən aldığı məlumata görə, 2 aya yaxındır burada heç bir iş görülmür.

«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin kurasiyasında olan şirkətin mühafizəçiləri gecə-gündüz arenada növbə çəksə də, işçi briqadaları «yoxa çıxıb».

Güman edilir ki, bu, maliyyə çatışmazlığı ilə əlaqədardır.E.Pirverdiyev illər öncə stadionu biznes qurumunun mülkiyyətinə keçirib.

O, idman qurğusunu yalnız öz vəsaiti hesabına tikdirmir. Bu işdə Rövnəq Abdullayev də yardımçı olub.

Bəli, yardımçı olub, indi isə…

Aprelin 2-də AFFA-nın prezidenti postundan gedəndən sonra arenanın inşaatına vəsait ayırmağı dayandırıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sportinfo.az

1Mənbələr