AZ

Skidan Olimpiya çempionunu qabaqlayıb “qızıl” qazandı

olşanın Xujov şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialı keçirilib.

Msport.az xəbər verir ki, mötəbər yarışda ölkəmizi təmsil edən Anna Skidan parlaq çıxışla yadda qalıb.

O, çəkic atma yarışında 73.25 metr göstərici ilə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, idmançımızın çempionluq yolunda geridə qoyduğu rəqibləri sırasında üçqat Olimpiya çempionu, dünya rekordunun sahibi, əfsanəvi atlet Anita Vlodarçik də olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
msport.az

1Mənbələr