AZ

“Bu, bizim üçün çox şey deməkdir, tarix yazmaq üçün son addımı atmalıyıq”

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Fil Foden “şəhərlilər”in mümkün Premyer Liqa çempionluğu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, ingilis futbolçu əllərindən gələn hər şeyi edəcəklərini bildirib:

“Biz buna nail olmağı çox səbirsizliklə gözləyirik. Əlimizdən gələn hər şeyi edəcəyik

. Heç kim ardıcıl dörd dəfə Premyer Liqa çempionu olmayıb. Bu, bizim üçün çox şey deməkdir. Biz tarix yazmaq üçün son addımı atmalıyıq”.

İngiltərə çempionatının 38-ci turu çərçivəsində “Mançester Siti” “Vest Hem”i qəbul edəcək. Qalib gəlsə, Pep Qvardiolanın komandası ardıcıl 4-cü dəfə ölkə çempionu olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
sportinfo.az

2Mənbələr