AZ

Parkinson və Alzheimer xəstəliklərinin inkişafını ləngidən dərman hazırlanıb

USC Keck Tibb Məktəbinin (ABŞ) həkimləri yaşa bağlı neyrodegenerativ xəstəlikləri (Alzheimer və Parkinson xəstəlikləri, hidrosefali və s.) gecikdirə bilən profilaktika metodu hazırlayıblar.


Aztibb.az onların araşdırmasının nəticələrinin “Nature Neuroscience” portalında dərc olunduğunu xəbər verir.


Tədqiqat qrupu beyindən hüceyrəni təmizləyən, limfa drenajını yaxşılaşdıran və beyində onurğa-beyin mayesinin yığıldığı bir vəziyyət olan hidrosefalinin səbəbini aradan qaldıran yeni bir dərman yaradıb. Parkinson və Alzheimer xəstəlikləri də beyində tullantıların yığılması ilə əlaqəli olduğundan, bu üsul onların müalicəsində də təsirli ola bilər.

 

Yeni dərman Piezo1 adlı zülalın istehsalını artıran birləşmədir. Bu zülal limfa damarlarını genişləndirərək və beyinə yığılmış tullantılardan daha effektiv şəkildə qurtulmağa kömək etməklə drenaj prosesini təşviq edir. Metodun effektivliyi siçanlar üzərində aparılan laboratoriya təcrübələrində təsdiqlənib.


Elmi layihənin rəhbəri doktor Yanq Knonhonq bildirib ki, onun tədqiqatları hidrosefaliyadan əziyyət çəkən tanışının hadisəsindən sonra başlayıb. Günlərin birində həmin adam şossedə maşın sürərkən qəfildən görmə qabiliyyətini itirib və bu, alimi yeni müalicə metodu hazırlamağa vadar edib.


Hazırlanmış texnika ciddi nevroloji xəstəliklərlə mübarizədə mühüm addım ola bilər, müalicə və profilaktika üçün yeni imkanlar təklif edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
aztibb.az

1Mənbələr