AZ

Omanda gizli ABŞ-İran görüşü- detallar ortaya çıxdı...

Image

ABŞ və İran nümayəndələri bir neçə gün əvvəl Omanda Yaxın Şərqdəki gərginliyi müzakirə etmək üçün “gizli görüş” keçiriblər. Bu barədə məlumat yayan İsrail "Walla" xəbər saytı adı açıqlanmayan iki mənbəyə istinadən ABŞ və İranın mayın 14-də Omanda Yaxın Şərqdəki gərginliklə bağlı gizli danışıqlar apardığını yazıb.

Gizli danışıqlara Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və İranın xüsusi nümayəndəsi Abram Pelinin qatıldığı bildirilir, İran tərəfindən isə kim(lər)in iştirak etdiyi barədə məlumat verilməyib.

Bu görüşün yanvarda Omanda keçirilən analoji görüşdən sonra tərəflər arasında ilk danışıqlar olduğu qeyd edilir. Danışıqların İranın İsrailə hücumundan təxminən bir ay sonra Omanın vasitəçiliyi ilə aparıldığı və ABŞ-ın Yaxın Şərqdəki böhranın regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışdığı bildirilib.

ABŞ-ın, İranın bölgədəki müttəfiqləri və üzərində ciddi təsirə malik olduğunu düşündüyü qruplar arasında Livandakı Hizbullah, Suriya və İraqda ABŞ qüvvələrinə hücum edən milislər və hazırda Qırmızı dənizdə gəmilərə hücum edən Yəməndəki Husilərin olduğu qeyd edilir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
2
baki-xeber.com

5Mənbələr