AZ

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq.

İnterpress.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib.

“Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyard ABŞ dolları – Qeyd) investisiya qoymaq qərarına gəldik. Biz təhlükəsiz sərhəd yaratmaq üçün böyük layihəyə başlayırıq ki, bura istehkam sistemi və landşaftın transformasiyası, eləcə də bu sərhədi potensial düşmən üçün keçilməz edəcək ekoloji həllər daxildir. Biz bu işə Polşanın sərhədini sülh dövründə təhlükəsiz, müharibə zamanı isə düşmən üçün keçilməz etmək üçün başladıq”, – deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
3
interpress.az

4Mənbələr