AZ

Azərbaycan millisi Avropa çempionatında birinci oldu

Azərbaycanın yunan-Roma güləşi millisi Yunanıstanın Lutraki şəhərində keçirilən U-15 Avropa çempionatında birinci olub.

Redaktor.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız yarışda böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib.

Yığmamız qitə birinciliyində 10 (1 qızıl, 4 gümüş, 5 bürünc) medal qazanıb. Qurban Məcnunov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xudayar Kərimov (38 kq), Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq) və Məhəmməd Orucov (85 kq) ikinci, Ümüd Babayev (38 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq) və Rauf Mütəllimov (85 kq) isə üçüncü yeri tutub.

Yekunda 156 xal toplayan millimiz 158 xalla komanda hesabında Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92) isə üçüncü olub. Millimiz 2 il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempion olmuşdu.

Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda 2 komandamız (sərbəst və yunan-Roma) çempion olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
turanpress.com

10Mənbələr