AZ

Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna qoyulan vetonu ləğv edə bilər

Gürcüstan parlamenti sadə səs çoxluğu ilə prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu ləğv edə bilər.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Civil Georgia” yazır.

 

Hakim “Gürcü arzusu” partiyasının 84 səsi var, lakin vetonu ləğv etmək üçün cəmi 72 səs lazımdır.

 

“İndi əsas sual ondan ibarətdir ki, “Gürcü arzusu” vetonu ləğv etmək və ya qanunu sentyabr ayına qədər təxirə salmaq qərarına gələcək”, - material müəllifləri əlavə ediblər.

 

Bundan əvvəl Zurabişvili xarici agentlərlə bağlı qanun layihəsinə veto qoyub.

 

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Müzakirə hakim “Gürcü Arzusu” partiyasının deputatları ilə müxalifət arasında etirazlar və davalar fonunda baş tutub. Nəticədə 84 deputat lehinə, 30 deputat əleyhinə səs verib.

 

Qəbul edilmiş qanuna əsasən, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri xüsusi dövlət reyestrində qeydiyyatdan keçməlidirlər.

 

Bundan əlavə, belə QHT və KİV-lərdən hər il Gürcüstan Maliyyə Nazirliyinə gəlir və xərclər haqqında deklarasiya təqdim etmələri tələb olunacaq.

 

Daha əvvəl məlum olmuşdu ki, Aİ xarici agentlər haqqında qanuna görə Gürcüstanın üzvlüklə bağlı qərarını təxirə salacaq.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
26
oxu24.com

10Mənbələr