AZ

Qərbin ağlagəlməz planı: Putin devrilməməli, Rusiya dağılmamalı, Ukrayna isə...

Qərbin müharibə ilə bağlı hazırkı strategiyası nə Ukrayna, nə də Rusiyanın qəti qələbəsinə yönəlib.

Teleqraf.com xəbər verir ki, bunu polşalı analitik Adam Lipovski deyib.

Onun sözlərinə görə, Qərb hələ də Ukraynanı Rusiyanı hücumlarını dəf edəcək və 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü bərpa edə biləcək silahlarla təmin etmir. Bundan əlavə, o hesab edir ki, Qərb sanksiyalar məsələsində də çəkingən davanır.

Lipovskinin fikrincə, Qərbin Ukraynanın qələbəsini istəməməsinin bir çox səbəbləri var, amma biri hamısından daha önəmlidir:

“Bu səbəb geosiyasi xarakter daşıyır, bu da mümkün nəticələrlə bağlıdır. Məsələn, Putin rejiminin mümkün devrilməsi nəticəsində onun daha gözlənilməz və daha təhlükəli biri ilə əvəzlənməsi və dövlət strukturunun çökməsi. Hər iki hal Rusiyanı xaosa sürükləyə, hakimiyyəti götürəcək məsuliyyətsiz qüvvələrin nüvə arsenalını ələ keçirməsi təhlükəsi yarada bilər. Bu, proqnozlaşdırılması çətin olan mənfi nəticələr doğura, o cümlədən qlobal toqquşmanın başlaması riski yarada bilər”.

Lipovski iddia edir ki, belə bir durumda bu vəziyyətin yaranması qaçılmazdır:

“Qərb məhz bu nəticələrdən qaçmağa çalışır. Məntiqi olaraq, Qərbin bu halda strategiyası rəsmi olaraq mürəkkəb aksioma əsaslanır. Yəni Rusiyanın dövlət sisteminin məhvinin qarşısının alınması Ukraynanı 2014-cü il sərhədlərinə qaytarmaqdan daha böyük geosiyasi prioritetdir”.

Eyni zamanda, Lipovskiyə görə, Qərb Rusiyanın da tam qələbəsinə imkan verə bilməz, çünki bu, NATO üçün birbaşa hərbi təhlükə yaradar. Beləliklə, Qərbin hazırkı strategiyası hər iki tərəfin tədricən zəifləməsi ilə müharibənin uzanmasına əsaslanır.

“Buna görə də, Qərbin müharibə ilə bağlı strategiyası açıq şəkildə görünür. Söhbət həm Rusiya, həm də Ukraynanın qələbəsinin qarşısını almaqdan gedir. Qərbə görə, bu iki variantın hər biri qlobal geosiyasi təhlükə vəd edir”, - polşalı analitik vurğulayıb.

Lipovski onu da əlavə edib ki, Qərb Rusiya və Ukrayna arasında “Koreya ssenarisi” əsasında barışıq əldə etməyə çalışır. Yəni Ukraynanın bölünməsi müqabilində...


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
teleqraf.com

1Mənbələr