AZ

Digər ölkələrRusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib

“Rusiya Ukrayna istiqamətində və Qərblə münasibətlərdə öz maraqlarını müdafiə edəcək”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında deyib.

“Bunu ünsiyyətdə olduğumuz demək olar ki, bütün xarici həmkarlarımız başa düşür”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, İsveçrədə Ukrayna üzrə sammitin təşkilatçıları heç bir perspektivi olmayan açıq cəfəngiyatla məşğuldurlar.

Rusiya Qərbin Ukraynaya uzaqmənzilli silah tədarükünü artırmasını onların ciddi danışıqlara hazır olmadığına işarə kimi qəbul edir: “Bu o deməkdir ki, onlar döyüş meydanında hesablaşmanın lehinə seçim ediblər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
8
far.az

9Mənbələr