AZ

Gürcüstana giriş qaydaları dəyişəcək

İyunun 1-dən Gürcüstana giriş qaydaları dəyişəcək. Bütün qalma müddəti üçün tibbi sığorta məcburi olur.

"Operativ Media" xəbər verir ki, yenilik Gürcüstanda yaşamaq icazəsi olanlara və ölkədə tranzit keçənlərə təsir etməyəcək.

Yeni qaydalara əsasən, 30 min dollara stasionar müalicə və 5 min dollara təcili ambulator yardım sığorta paketinə daxil edilməlidir.

Sığorta olmasa, turistlər 300 lari (təxminən 112 dollar) məbləğində cərimələnəcəklər. Yeni qaydalar iyununu 1-dən qüvvəyə minəcək. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
1
operativmedia.az

2Mənbələr