AZ

Layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması - TENDER

Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ şəhəri H.Əliyev prospektində yolun əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanmasının satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 15.5 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 4400024941
Satınalan təşkilatın ünvanı: Heydər Əliyev pr 226
Ehtimal olunan qiymət: 7.750,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
49
fins.az

10Mənbələr