AZ

Görkəmli uroloq-alimin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın, Azərbaycan Uroloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.


Konfrans iştirakçıları əvvəlcə akademik Mirməmməd Cavadzadənin məzarını ziyarət edib və onun üzərinə gül dəstələri qoyub, akademikin xatirəsini ehtiramla anıblar.


Tədbirdə çıxış edən Respublika Kliniki Uroloji Xəstəxananın direktoru Fariz Babayev akademik Mirməmməd Cavadzadənin tibb sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. F.Babayev akademiklə illər boyu birlikdə çalışdığını, onun dərin biliyi və təcrübəsi sayəsində tibbin inkişafında əhəmiyyətli addımlar atıldığını vurğulayıb.


Qeyd edib ki, akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə klinikada tibbi elmin ən son nailiyyətlərindən istifadə edilərək, bir çox kompleks əməliyyatlar və müalicə prosedurları uğurla aparılıb. Bu yeniliklər tibb sahəsində böyük irəliləyişlərə yol açıb və xəstələrin sağlamlıq göstəricilərinin yaxşılaşmasına mühüm təsir göstərib.


Sonra klinikanın həkimi, uroloq Samir Cavadzadə akademik Mirməmməd Cavadzadənin həyat və tibb sahəsində göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.


Tibb elmlər doktoru, professor Sudeif İmamverdiyev, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı, TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərli akademik Mirməmməd Cavadzadə, eləcə də 1966-cı ildən indiyədək fəaliyyət göstərən klinika barədə fikirlərini bölüşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
aztibb.az

2Mənbələr