AZ

“Sevilya” baş məşqçisi ilə vidalaşır

“Sevilya” mövsüm başa çatdıqdan sonra baş məşqçi postunda dəyişiklik edəcək. Msport.az xəbər verir ki, Kike Sançez Florez komandadan gedəcək.

Bu barədə klubun prezidenti Xose Mariya del Nido Karrasko məlumat verib:

“Dünən axşam biz qərara gəldik ki, Florez bu gün mətbuat konfransında elan edəcək ki, “Sevilya”nı iyunun 30-a kimi çalışdıracaq. Bəli, Kike növbəti mövsüm komandada olmayacaq. Ona təşəkkür edirik, vaxtını, əməyini “Sevilya”nın uğurları üçün sərf etdi. Sevilya hər zaman onun evi və şəhəri olacaq”.

Xatırladaq ki, Florez 2023-cü ilion dekabrından “Sevilya”ya rəhbərlik edirdi. O, mövsümün gedişində bu posta keçən 3-cü mütəxəssis olmuşdu.

“Sevilya” hazırda La Liqada 13-cü yeri tutur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
msport.az

1Mənbələr