AZ

Ölkəmizdə ilk dəfə

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) Msport.az-a verilən məlumata görə, bu yarışın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanlanan müraciət müsbət qarşılanıb.

ISMF-nin təqviminə salınan Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də “Şahdağ” Turizm Mərkəzində təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Dünya Kubokunun Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu il martın 9-10-da AQİNF və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq xizək alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanan uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
23
msport.az

10Mənbələr