AZ

98 faizdən çox şagird monitorinqdə iştirak edib

Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində keçirilən monitorinq prosesi uğurla yekunlaşıb.

 

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

 

O,bildirib ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin IV siniflərində təhsil alan şagirdlərin 98 faizindən çoxu monitorinqdə iştirak edib.

 

"Həm Agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib. Sabah isə VI siniflər üzrə monitorinq keçiriləcək. İştirakçılığın maksimum təmin olunması, eyni zamanda hər hansı xüsusi xoşagəlməz halların baş verməməsi üçün hazırlıqlar davam etdirilir" - deyə O.Abbasov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
13
azedu.az

10Mənbələr