AZ

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

Yeni Kaledoniyada baş verən kütləvi aksiyalardan sonra Fransa Ali Şurası toplaşaraq adada hərbi vəziyyət elan edib.

Olaylar xəbər verir ki, adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.

Qeyd edək ki, Fransanın koloniyası olan Yeni Kaledoniyada bir neçə gün əvvəl sosial vəziyyətin ağırlığına, işsizlik və ayrı-seçkiliyə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılarla polis arasında baş verın qarşıdurmada iki polis əməkdaşı və üç aksiya iştirakçısı həlak olub.

Yeni Kaledoniya Fransadan 16 min kilometr aralıda Sakit Okeanda Avstraliya qitəsinin yaxınlığında yerləşir və bu uzun məsafəyə baxmayaraq Fransa adanı koloniyasına çevirib istismar edir ki, bu da yerli əhali tərəfindən etirazla qarşılanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
11
olaylar.az

10Mənbələr