AZ

AİB Azərbaycanın COP29-a sədrliyini yüksək qiymətləndirir - Kendis Makdeyqan

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın COP29-a sədrliyini yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə bu gün AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"AİB Azərbaycanı COP29-a ev sahibliyi, sədrlik və nümayəndəlik edən ölkə olaraq yüksək qiymətləndirir. Ölkə 30 il ərzində çox şey əldə edib", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanın "yaşıl" haba çevrilməsi onun haqqında müstəsna olaraq karbon ölkəsi təsəvvürünü dəyişir.

O, AİB-in bir çox infrastruktur layihələrini maliyyələşdirdiyini və hazırda Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə layihələrin maliyyələşdirilməsində iştirak etdiyini bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.


BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
ekologiya.az

3Mənbələr