AZ

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb/ FOTO

Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.


Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.


Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
5
ekologiya.az

10Mənbələr