AZ

Azərbaycan dili və riyaziyyatdan ballar artıb - Məleykə Abbaszadə

11-ci sinfin imtahan nəticələri bu il yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.

Olaylar xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bu artım riyaziyyat fənnində də var, təqribən 5-6 bal artıb. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
17
olaylar.az

10Mənbələr