AZ

SƏNƏDSİZ EVLƏRƏ "KUPÇA" VERİLƏCƏK - Detallar

Azərbaycanda müstəqilliyin ilk illərində, xüsusilə Sovet İttifaqı dövründə özbaşına inşa edilən, sənədləşdirilməsi mümkün olmayan evlərin təsnifatlaşdırılaraq qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.

Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda 7 mindən artıq sahibkarın qeyri-yaşayış obyektinin sənədləşdirməsi işlərinə artıq başlanılıb və uğurlu bir təcrübə əldə olunub: “Hazırda yaşayış fonduna tətbiqi istiqamətində işlər aparılır. Prezidentin ötən ilin noyabrın 17-də daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin yaradılması ilə bağlı fərmanı olub. Daşınmaz Əmlakın Elektron Reyestr və Kadastr İnformasiya Sistemi daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində bütün növ əməliyyatların tam elektronlaşdırılmasını və elektron qaydada həyata keçirilməsini nəzərdə tutur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
mia.az

2Mənbələr