AZ

İranda “Satanist” əməliyyatı: 261 nəfər saxlanılıb

İranda “satanizmi yaymaqda” ittiham olunan şəxslərə qarşı keçirilən əməliyyatlarda 3-ü Avropa vətəndaşı olmaqla 261 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Əməliyyat zamanı paltarlarında, başlarında, üzlərində və saçlarında satanizmin loqoları, işarələri və simvollarını daşıyan 146 kişi və 115 qadın saxlanılıb.

Hadisə zamanı sözügedən şəxslərə məxsus spirtli içkilər, psixotrop maddələr və 73 avtomobil götürülərək qanuni tədbir görülməsi üçün ədliyyə orqanlarına təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
operativmm.az

2Mənbələr