AZ

Qranada Universiteti İsrail təhsil müəssisələri ilə əlaqələri dayandırıb

İspaniyanın cənubundakı Əndəlusiya bölgəsində fəaliyyət göstərən Qranada Universiteti İsrail universitetləri və institutları ilə elmi-texniki əməkdaşlığı dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bəyanatda Qranada Universiteti rəsmiləri sülhə, insan hüquqlarının qorunmasına və xalqlar arasında əməkdaşlığa "möhkəm sadiqliyini" təkrarlyıbı və qəbul etdiyi qərarın universitet ictimaiyyətinin təşviqi ilə bağlı fəaliyyətlərdə və layihələrdə iştirakını tələb edəcəyini söyləyiblər.

Həmçinin İsrailin Bal-İllan Universiteti və Tel-Əviv Universiteti ilə imzalanmış tədris və yay kursu müqavilələrinə xitam verildiyi, yeni müqavilələrin və akademik əməkdaşlıq layihələrinin həyata keçirilməyəcəyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
operativmm.az

1Mənbələr