AZ

Şəmkirdə ağır qəza – Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Bakı-Qazax magistral yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” ilə digər minik maşını toqquşub.

Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Hüseyn oğlu Əliyev hadisə yerində ölüb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb:

Vəliyev Zaur Əmrah oğlu (2001);

Əliyev Asif Fərman oğlu (1990);

Zeynalov Bayram Zabit oğlu (1995);

Sadıqov Röyal Vidadi oğlu (1988).

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar.

Yaralıların vəziyyətlərin orta ağır olduğu bildirlir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
5
heftelik.az

10Mənbələr