AZ

Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq

Pezinka şəhərinin ixtisaslaşdırılmış Cinayət Məhkəməsi mayın 18-də Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsdə cəhd edən şəxslə bağlı qərar verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Slovakiyanın “Pravda” nəşri xəbər yayıb.

"Təqsirləndirilən Yuray Çintulanın həbsinə dair vəsatət qaldırılıb. Bu təkliflə bağlı qərar ixtisaslaşdırılmış cinayət məhkəməsi tərəfindən veriləcək", - Slovakiya Baş Prokurorluğunun mətbuat katibi Zuzana Drobova nəşrə bildirib.

Onun sözlərinə görə, iş qeyri-ictimai ibtidai istintaq mərhələsindədir.

Prokuror təqsirləndirilən şəxsin mümkün qaçışa görə həbs olunmasını, habelə cinayət fəaliyyətinin davam etdirilməsini tələb edir.

Onun sözlərinə görə, Yuri Çintula baş naziri yaralamağı planlaşdırırmış, guya öldürmək istəmirmiş.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
5
operativmm.az

6Mənbələr