Sankt-Peterburqda Budyonnı adına Hərbi Rabitə Akademiyasının zirzəmisində təlim sursatı partlayıb .
32gun.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb .
İlkin məlumatlara görə, hadisə yerində azı iki qurban var.
Bundan əvvəl “Baza Telegram” kanalı Sankt-Peterburqun Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında baş verən partlayış nəticəsində 7 nəfərin yaralandığını bildirmişdi . İlkin məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır, onlardan biri reanimasiyadadır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.
Qeyd edilib ki, versiyalardan birinə görə, akademiya İHA hücumu səbəbindən zərər çəkə bilərdi.
Ayxan
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta