AZ

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb: "Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və..."

Prezidentin köməkçisi Hikmət Hacıyev Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial media hesabında paylaşım edib:  "Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər də müzakirə olunub. Biz həmçinin regionda sülhün inkişafı və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
34
mia.az

10Mənbələr