AZ

"Azersun Holdinq" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR

Azersun Holding

Bazar araşdırma üzrə mütəxəssis

Son tarix 17 iyn 2024 - Müraciət et

Müəssisə:  BAZARSTORE MMC

Vəzifəyə tələblər:

  • Ali təhsilli olmalı;
  • MS Office proqramlarında işləyə bilməli;
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı olmalı;
  • Ezamiyyətlərə gedə bilməli.

Vəzifə öhdəlikləri:

  • Ayda 2 dəfə Bakıda çalışan Bazar araşdırma üzrə mütəxəssisi rəqib qiymət araşdırmasını öz qiymətlərimizlə müqayisəli tablosunu hazırlayacaq. Əlaqəli şəxslərlə paylaşıb takibini aparacaq;
  • Bütün rəqib marketlərin insertlərini vahid bir sistemdə saxlayacaq. İnsert toplantısından öncə Kateqoriya tərəfindən təklif edilən məhsulların rəqiblərlə müqayisəli tablosunu hazırlayıb əlaqəli şəxslərlə paylaşacaq;
  • Bazar araşdırma üzrə mütəxəssis əməkdaşları tərəfindən yeni məhsullar üçün aparılan qiymət araşdırmasını əlaqəli şəxslərlə paylaşacaq;
  • Bazar araşdırma üzrə mütəxəssis əməkdaşları tərəfindən firmalardan gələn qiymət artımı tələbinə görə aparılan qiymət araşdırmasını əlaqəli şəxslərlə paylaşacaq;
  • Bazar araşdırma üzrə mütəxəssis əməkdaşları tərəfindən Kateqoriya tərəfindən bəzi məhsullar üçün istənilən qiymət araşdırmasını əlaqəli şəxslərlə paylaşacaq;
  • Ehtiyac yarandıqda Gəncədə çalışan Bazar araşdırma üzrə mütəxəssisi əvəz edəcək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Bazar araşdırma üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

SƏTƏM üzrə mütəxəssis

 Son tarix 17 iyn 2024 Müraciət et

Müəssisə:  Al Market MMC

Tələblər: 

  • Ali təhsilli olmalı;
  • Sətəm üzrə ilkin biliklər
  • MS office proqramlarında hesabat və təqdimatların hazırlanmasını bilməli;

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerləridə sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
  • Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitartexniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlamaq;
  • Struktur bölmələrində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqdan ötrü tədbirlərin görülməsində iştirak etmək;
  • Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimat keçmək;
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitargigiyena norma və qaydalarına riayət etmək;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
  • Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etmək;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırmaq.
  • Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görmək;
  • İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sətəm Al Market” qeyd etməyiniz xahiş olunur.

 

Büdcə planlaşdırılması və hesabatlılıq üzrə mütəxəssis

 Son tarix 17 iyn 2024 Müraciət et

Müəssisə AL Market MMC

Tələblər: 

  • Ali təhsilli (Maliyyə, mühasibatlıq, iqtisadiyyat sahələri üzrə);
  • Müvafiq sahə üzrə 2 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • İlkin mühasibatlıq uçotu biliklərinə sahib olmalı;
  • Ezamiyyətə açıq olmalı;

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • Keyfiyyət yönümlülük;
  • Məqsəd yönümlülük;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək;

Vəzifə öhdəlikləri:

  • Gündəlik satış fəaliyyət hesabatlarının Pwbi sistemində yenilənməsini təmin etmək;
  • Aylıq büdcə gerçəkləşmə hesabatlarının hazırlanıb müvafiq şöbələrə yönləndirilməsi;
  • Hesabatların hazırlana bilməsi üçün BPC proqramında mağazalara əlaqəli məlumatların daxil edilməsi;
  • Büdcə rəqəmlərinin daxil edilə bilməsi üçün giriş ekranlarının yoxlanılması və test edilməsi;
  • BPC proqramına büdcə rəqmələrinin girilməsi üçün müəssisə xərc mərkəzləri, hesablar və digər ölçmə meyarlarının (ölçülərinin) proqrama əlavə edilməsi və hazır hala gətirilməsi;
  • BPC proqramına büdcə məlumatlarının daxil edilməsi və ya büdcə sahiblərinə məlumatların daxil edilməsində köməklik göstərmək;
  • Hesabatların hazırlanması zamanı baş verən xətalar və ya uyğunsuzluğun aradan qaldırılması üçün əlaqəli şöbələr və ya xidmət göstərən təşkilatlarla əlaqə yaratmaq, nasazlığı, problemi bildirmək və aradan qaldırıldıqdan sonra test  etmək;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan: Bakı şəhəri     

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Büdcə planlaşdırılması və hesabatlılıq üzrə mütəxəssis " qeyd etməyiniz xahiş olunur.

 

Kamera və şəbəkə təminatı üzrə mütəxəssis

 Son tarix 17 iyn 2024 Müraciət et

Tələblər:

  • Ali təhsilli (İnformasiya texnologiyaları və elektronika üzrə);
  • Müvafiq sahə üzrə 1-3 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • LAN, VLAN haqqında anlayışı olmalı;
  • Wireless texnologiyaları ilə işləməyi bacarmalı;
  • Kabellerin növlərini bilməli;
  • Fiberoptik texnologiyaları bilməli;
  • Access list-lərlə işləməyi bacarmalı;
  • Firewall-larla işləməyi bacarmalı;
  • Ezamiyyətə gedə bilməli.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • Keyfiyyət yönümlülük;
  • Məqsəd yönümlülük.

Vəzifə öhdəlikləri:

  • Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
  • Lokal (LAN) və qlobal (WAN) şəbəkələrinə çıxışı sağlam şəkildə təmin etmək;
  • Məlumatların vaxtaşırı ehtiyatlarının və sürətlərinin yaradılmasını təmin etmək;
  • Şəbəkə avadanlığının sıradan çıxması və ya nasazlığı durumunda sistemin bərpa edilməsini təmin etmək;
  • Şəbəkənin və şəbəkə əsasında çalışan xidmətlərin monitorinqini etmək;
  • İnfrastrukturun təkmilləşdirilməsi üçün təkliflər hazirlamaq;
  • Nasazlıqlarla bağlı rəhbərliyə məlumat vermək;
  • Nasazlıq olan avadanlığı testdən keçirmək;
  • Şəbəkənin təhlükəsizliyini, şəbəkədaxili məlumat mübadiləsinin təhlükəsizliyini müdiriyyətin tələbinə əsasən təmin etmək.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kamera və şəbəkə təminatı üzrə mütəxəssis (Bazarstore)” qeyd etməyiniz xahiş olunur.

 

Faktura nəzarəti üzrə kiçik mütəxəssis

 Son tarix 17 iyn 2024 Müraciət et

Müəssisə Al Market MMC

Tələblər: 

  • Ali iqtisadi təhsilli olmalı,
  • Ünsiyyətcil və təşkilatı bacarıqlara malik olmalı,
  • MS Ofiice proqramlarından istifadə etməyi bacarmalı

Vəzifə öhdəlikləri:

  • Tədarükçü firmalarla əməkdaşlıq etmək;
  • İdxalat fakturalarının işlənilməsi və yoxlanılması;
  • Fakturaların və digər sənədlərin yığılması və arxivləşdirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Faktura nəzarəti üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Layihələrin idarəedilməsi üzrə mütəxəssis

 Son tarix 16 iyn 2024 Müraciət et

Tələblər:

  • Layihənin idarəedilməsi və idarəetmə sahələri üzrə ali təhsil;
  • Layihələrinin idarəedilməsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Marketinq proseslərində layihə idarəetməsi təcrübəsi üstünlükdür;
  • Rus dili biliyi yaxşı səviyyədə olmalı;
  • Layihə İdarəetməsi ilə bağlı beynalxalq sertifikatın olması üstünlükdir.

İş haqqında məlumat:

  • Layihələrin icrası üçün müvafiq şöbə rəhbərləri ilə əlaqələr qurumaq;
  • Layihənin idarəedilməsi ilə bağlı işləri planlaşdırmaq, o cümlədən son tarixləri təyin etmək;
  • Layihə büdcələri, risklər və resurs bölgüsü daxil olmaqla maliyyə məlumatlarını təhlil etmək;
  • Rəhbərliyə maliyyə hesabatlarını və büdcə layihələrini təqdim etmək;
  • Layihə ilə bağlı işlərə nəzarət etmək və komanda üzvlərinin şirkət standartlarını qoruyaraq öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmələrini təmin etmək;
  • Yeni layihə idarəetmə ofisinin siyasətinin və proseslərinin hazırlanması və mövcud layihə idarəetmə ofisi siyasətinin və proseslərinin təkmilləşdirilməsi;
  • Layihələrin şirkət standartlarına cavab verməsini, büdcələrə əməl edilməsini və son tarixlərə cavab verməsini təmin etmək üçün davamlı olaraq qiymətləndirilməsi;
  • Layihənin yaradılması, icrasın, eləcə də layihənin həcminin, büdcəsinin və əsaslandırılmasının dəqiq sənədləşdirilməsini həyata keçirmək.

İş şərtləri: İş qrafiki: həftə içi 5 gün

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə " Layihənin idarəedilməsi üzrə mütəxəssis " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

 

Baş aqronom

 Son tarix 16 iyn 2024 Müraciət et

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə minumum 3-5 il təcrübəsi olmalı;
  • Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.

İş haqqında:

  • Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
  • Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
  • Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
  • Kənd Təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
  • Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
  • Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
  • Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
  • Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək
  • Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək. 

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

İş yeri: Kürdəmir rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Baş Aqronom " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

 

Kiçik Kimyaçı Mühəndis

 Son tarix 16 iyn 2024 Müraciət et

Ümumi məlumatlar:

  • Ali Təhsil (Kimya)
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı:
  • Müvafiq sahə üzrə təcrübə üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Standartlarına uyğun nümunələrin alınması;
  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
  • İstehsalat hesabatlarının hazırlanması.

İş şərtləri:

  • İş ünvanı: Bakı və Sumqayıt
  • İş qrafiki: 3 növbəli qrafik
  • Serviz və nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kiçik kimyaçı mühəndis” qeyd etməyiniz xahiş olunur.

 

Elektromexanik və avadanlıqlar nəzarətçisi

 Son tarix 16 iyn 2024 Müraciət et

Tələblər:

  • Ali texniki təhsilli olmalı;
  • Sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;
  • Afimilk sürü idarəetmə proqramını və sağımxana sistemini bilməli;
  • Havalandırma (ventilyasiya sistemi) fanlarının iş prinsipini bilməli;
  • CIP və sağımda istifadə olunan təmizləyici maddələri tanımalı, istifadə norma və qaydalarını bilməli.
  • Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;

İş haqqında:

  • Fermada istifadə olunan bütün avadanlıqların sazlığına nəzarət etmək;
  • Afimilk sistemə aid olan bütün qurğu və avadanlıqların təmir baxım planını həyata keçirmək;
  • Sağımxana sisteminə aid olan bütün avadanlıqların saz vəziyyətdə qalmasını təmin etmək, stok durumunu nəzarətdə saxlamaq;
  • Süd depolama, süd çatdırılma prosesini norma daxilində həyata keçirmək;
  • Sağımxana avadanlıqlarının quraşdırılmasını, periodik yoxlanışını, təmirini həyata keçirmək;
  • Soyutma sistemlərini daim nəzarətdə saxlamaq, vaxtlı-vaxtında təmir etmək;
  • Ferma pərdələmə sistemini nəzarətdə saxlamaq, gübrə daşıma (skreyper) prosesini izləmək.

İş Şərtləri:

  • Həftə içi 5 gün, saat 09:00-18:00-dək.

İş yeri:

  • Kürdəmir rayonu;
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi e-mailin mövzu hissəsinə "Elektromexanik və avadanlıqlar nəzarətçisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
2
fed.az

3Mənbələr