AZ

Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"

Rusiya prezidenti Vladimir Putin  Çinə səfəri çərçivəsində mətbuat mənsublarının suallarını cavablandırıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Ukraynanın Xarkov vilayəti istiqamətində rus ordusunun irəlilləməsinin məqsədi barədə suala cavab verib.

Putin bildirib ki, ümumiyyətlə, bu münaqişə Kiyev rəhbərliyinin səhvləri ucbatından başlayıb: "İndisə onlar faciəvi hadisələrin günahını Rusiyanın üzərinə atmağa çalışırlar. Lakin baş verənlər onların siyasətlərinin nəticəsidir. Qaldı Xarkov istiqamətində baş verənlərə, bu da onların günahıdır. Çünki Belqorod da daxil olmaqla, Rusiyanın sərhəd bölgələrindəki yaşayış məntəqələrini bombaladılar və bu gün də buna davam edirlər. Açıq şəkildə yenə deyirəm: belə davam edərsə, Ukrayna ilə arada bir təhlükəsizlik zonası - bufer zonası yaratmalı olacağıq. Hazırda bu istiqaməində əməliyyatı davam etdiririk".

Rusiyanın Xarkovu ələ keçirmək planı barədə suala isə o, "Hazırda belə bir planımız yoxdur”, - deyə cavab verib.

Rusiya lideri daha sonra mayın 21-də səlahiyyət müddəti başa çatacaq Zelenskinin o tarixdən sonrakı hüquqi statusunun  mübahisələndirəcəyini deyib: "Onun legitimliyi ilə bağlı Ukraynanın siyasi və hüquqi sistemi məsələ qaldırmalıdır. Bu məsələ, əlbəttə ki, vacibdir, çünki gələcəkdə hər hansı bir sənədin imzalanmasından söhbət gedəndə, bu, necə olacaq?!".

ABŞ-ın Rusiyanın bank sisteminə qarşı sanksiyaları barədə danışan Putin bu cür qərarları "axmaqlıq" adlandırıb: "Bu, Amerika siyasi elitasının böyük axmaqlığı və səhvidir. Onlar bununla özlərinə böyük ziyan vurur və qlobal güvən anlamında dollara inamı sarsıdırlar. Rusiya isə beynəlxalq ödənişlərdə yaşadığı problemi müxtəlif yolları ilə həll edir...".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
1
mia.az

2Mənbələr