AZ

Slovakiya baş nazirinin vəziyyəti yaxşılaşır

Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.

“Yaxşı əhval-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş görürəm. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, - nazir deyib.

R.Kalinyak əlavə edib ki, sonrakı müalicəni qiymətləndirmək üçün daha bir neçə gün lazım olacaq. “Tibbi komissiya Fitsonun vəziyyətini müzakirə etmək üçün mayın 20-də toplanacaq”, - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
267
10
operativmm.az

10Mənbələr