AZ

Ərdoğan taxıl müqaviləsinin əsas nəticəsini açıqlayıb

Qara dəniz taxıl təşəbbüsü həyata keçirilməsəydi, bir çox Afrika ölkələrində qıtlıq baş verərdi.

32gun.az Anadolu agentliyinə istinadən xəbər verir ki , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda kənd təsərrüfatı ekosistemi ilə bağlı keçirilən müşavirədə  bildirib .

“Türkiyənin səyləri ilə həyata keçirilən Qara Dəniz Təşəbbüsü sayəsində Afrika başda olmaqla bir çox bölgələrdə aclığın qarşısını almaq mümkün olub”, - Türkiyə lideri qeyd edib.

Ərdoğan xatırladıb ki, onlar üçün “bir damcı neft bir damla qandan dəyərli” olan müstəmləkəçilər öz hökmranlıqlarını təmin etmək üçün hər vasitəyə əl atırlar. O qeyd edib ki, Türkiyə Afrikada insan haqları mövzusunda mühazirə oxuyan Qərb dövlətlərinin əməllərindən çox xəbərdardır.

Bundan əvvəl Aİ  Rusiyadan taxıl idxalına qadağa qoymağa çağırmışdı . Litva bu müraciətlə çıxış edib. Respublikanın kənd təsərrüfatı naziri Kestutis Navickasın dediyinə görə, taxıl satışından əldə olunan gəlirlər Moskva tərəfindən xüsusi hərbi əməliyyatın maliyyələşdirilməsinə sərf olunur.

Nilay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
32gun.az

1Mənbələr