AZ

Tayvan parlamentində dava düşüb - Millət vəkili sənədləri götürərək qaçıb

Tayvan parlamentində dava düşüb - Millət vəkili sənədləri götürərək qaçıb

Tayvanda parlamentdə təklif olunan islahatlarla bağlı müzakirələr başlayıb.



Tayvan parlamentində iqtidar partiyası ilə müxalifət partiyası deputatları arasında təklif olunan qanuna görə dava düşüb. Millət vəkili təklifin olduğu kağızları götürüb qaçıb.

Əsas müxalifət Millətçi Partiyası (Koumintang/KMT) və Tayvan Xalq Partiyası (TPP) qanun layihəsini deputatlara təqdim edərək, parlamentin hökumət üzərində daha çox nəzarəti əldə etməsinə zəmin yaradıb.

Parlamentdə yalan ifadələr işlətdiyi güman edilən deputatların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qalmaqallı təklif də qanun layihəsində yer alıb.

Hakim Demokratik Tərəqqi Partiyasından (DPP) olan deputatlar qanun layihəsinə qarşı çıxdığından parlamentdə qarışıqlıq yaranıb. Deputatların bir-birinə hücumu nəticəsində vəziyyət müharibə meydanına çevrilib.

Deputatların bəziləri stolların üstünə atılaraq bir-birini itələyib, digərləri isə yumruqla vurublar. Dava zamanı DPP-nin deputatı Quo Quowen stolun üstünə çıxıb və qanun layihəsi olan sənədləri götürərək qaçıb. Qalmaqal bir müddət parlamentdən kənarda davam edib.

Davadan sonra 5 deputat xəstəxanaya aparılıb və iclasa fasilə verilib. Qanun layihəsinin müzakirəsinin gecə saatlarına qədər davam edəcəyi öyrənilib.

Mənbə: İHA


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
3
afn.az

10Mənbələr