AZ

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması məqsədilə görüşlər keçirilib

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə görüşlər keçirilib.

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə 13-15 may tarixlərində Goranboy, Naftalan, Göygöl, Samux rayonlarında və Gəncə, Mingəçevir şəhərlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin, rayon icra hakimiyyətinin məsul işçilərinin, bələdiyyələrin, sudan istifadəedənlər birliklərinin, yerli icra nümayəndələrinin və fermerlərin iştirakı ilə tədbirlər təşkil olunub, onlarla məişətdə və kənd təsərrüfatında sudan qənaətli istifadənin təmin edilməsi barədə maarifləndirici söhbətlər aparılıb.
Tədbirdə su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirlərinin həyata keçirilməli olduğu diqqətə çatdırılıb. Ekologiya.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
ekologiya.az

1Mənbələr