AZ

Skanlaşdırma müsabiqəsinin növbəti mərhələsi keçiriləcək

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində skanlaşdırma bölmələrində vakant olan vəzifələrin tutulması məqsədilə elan edilən müsabiqənin ikinci mərhələsi keçiriləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciət edənlərin say çoxluğunu nəzərə alaraq Komissiya  ikinci mərhələnin test imtahanı üsulu ilə keçirilməsi barədə qərar qəbul edib. Test imtahanı 2024-cü il 30 may tarixində, saat 15:00-da Dövlət Gömrük Komitəsinin Akademiyasında keçiriləcək.

Test imtahanında namizədlərin bilik və bacarıqlarının yoxlanılmasına dair Proqram təqdim olunur. Əlavə məlumatı 012 404-22-00 (daxili 0118, 0121, 0127) telefon nömrəsi vasitəsilə əldə etmək olar.

Qeyd edək ki, müsabiqənin cari ilin aprel ayının 18-də keçirilən birinci mərhələsində 102 namizəddən ən yüksək nəticə göstərən 70 nəfər müvəffəqiyyət əldə edib. Həmin namizədlərin nəticələri barədə məlumatı buradan əldə etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
avtosfer.az

1Mənbələr