AZ

Belarus və Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş oldu

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri Belarus və Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş oldu. Olduqca zəngin gündəliyə malik bu səfər qarşılıqlı əlaqələrimizin inkişafında xüsusi rol oynayacaq. Əlaqələrin tarixi ənənələrə əsaslanması, hər iki ölkənin beynəlxalq müstəvidə daim bir-birilərinə dəstək olmaları, dövlət başçıları arasında yüksək siyasi dialoqun mövcudluğu Belarus-Azərbaycan münasibətlərini inkişaf dinamikasına öz müsbət təsirini göstərən önəmli faktorlardır.

Qəbul edilən qərarlar və atılacaq addımlar hər iki ölkənin inkişafına önəmli töhfə verəcək. Aleksandr Lukaşenko Azərbaycanla ticarət dövriyyəsinin 400 milyon dollar civarında olduğunu vurğulayaraq yaxın gələcəkdə bu rəqəmin 1 milyard dollara çatdırılacağını qeyd etdi. Belarus Prezidenti ölkəsinin Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərində yaxından iştirak etməyə hazır olduğunu bildirdi. Hətta mayın 17-də Şuşa şəhərinə səfər zamanı Belarus adından Şuşa şəhərinə bağışlanan texnikalar nümayiş etdirildi. Ümumilikdə iqtisadi perspektiv olduqca məhsuldar nəticələr vəd edir.

Bununla bərabər Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev ilə əlaqədar qeyd etdiyi xüsusi məqamlar bir daha güclü lider-güclü dövlət anlayışının Azərbaycanın qüdrətini səciyyələndirən ən önəmli amil olduğunu nümayiş etdirir. Belarus Prezidentinin söylədiyi fikirlərdən biri: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”

Prezident İlham Əliyevin liderlik qabiliyyəti, qətiyyəti, əzmi, gücü sayəsində ard-arda əldə edilən siyasi, iqtisadi, hərbi zəfərlər Azərbaycanın beynəlxalq nüfuzunu daha yüksək zirvələrə ucaldıb.Bu gün təkcə regional deyil, qlobalmiqyaslı məsələlərdə də Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi və rəyi mütləq nəzərə alınır. Nəhəng ölkələrin prezidentləri belə dövlət başçısı İlham Əliyevin müdrik siyasətçi olduğunu dilə gətirirlər, Azərbaycan Prezidentinin nüfuzunun Cənubi Qafqazın sərhədlərini çoxdan aşaraq dünyaya çıxdığını etiraf edirlər.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
2
sesqazeti.az

3Mənbələr