AZ

Rayonlarda leysan olacaq - Xəbərdarlıq

Rayonlarda leysan olacaq - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın şimal və qərb rayonlarında mayın 19-u günün ikinci yarısından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
10
afn.az

10Mənbələr