AZ

Milli Oftalmologiya Mərkəzinin BDU-da tibbi aksiyasının müddəti uzadılıb

Milli Oftalmologiya Mərkəzinin BDU-da tibbi aksiyasının müddəti uzadılıb

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının Bakı Dövlət Universitetində (BDU) tibbi aksiyası davam edir.


AFN.az xəbər verir ki, aksiyaya Mərkəzin yüksəkixtisaslı həkimləri cəlb olunub. Aksiya zamanı 250-dən artıq BDU tələbəsi və əməkdaşı müayinə edilib. Mərkəz tərəfindən tələbələrin çoxsaylı müraciətləri və BDU əməkdaşlarının say çoxluğu nəzərə alınaraq, aksiya mayın 20-21-də də davam etdiriləcək.
Aksiyanın keçirilməsində məqsəd Universitetin tələbə və müəllim heyətinə tibbi xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlamaq, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən paytaxtda və ölkənin müxtəlif bölgələrində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün səyyar aksiyalar keçirilir. Mobil Oftalmoloji Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün vacibdir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.











Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
8
afn.az

10Mənbələr