AZ

“Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ

“Laçının 28 illik işğalı dönəmi birmənalı şəkildə AXC-Müsavat xəyanətinin nəticəsi və bu antimilli qruplaşma tərəfindən qəsdən törədilən cinayətdir. AXC-Müsavat antimilli qruplaşması Şuşa və Laçın da daxil olmaqla bütövlükdə Qarabağ və Şərqi Zəngəzura hakimiyyət naminə qurban kimi baxırdılar və o zamankı mövcud iqtidarın devrilməsi naminə təcavüzkar Ermənistanla sinxron fəaliyyətdən çəkinmir, hətta möhtərəm Prezidentin ötən ilin mayın 10-da Şuşadan Azərbaycan xalqına tarixi müraciətdində də deyildiyi kimi, hətta “AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı". Ölkənin həmrəy olaraq qəsbkara qarşı birlıəşməli olduğu bir vaxtda antimilli ünsürlər çətin duruma hakimiyyətə gəlmək üçün fürsət kimi baxırdılar”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, AXC-Müsavata bağlı dairələrin talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya və xaosda ehtiva olunan məqsədli hərəkətləri son nəticədə milli maraqların tapdalanması hesabına onları iqtidara daşıdı, daha doğrusu öncə çevrilişlə defakto, ardınca isə saxtalaşdırılmış seçkilərlə deyure olaraq hakimiyyəti zəbt etdilər: “Laçın da məhz bu ünsürlərin hakimiyyəti naminə qurban verilmişdi. Dövlət başçısının təbirincə desək, öncə Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdi. Prezident İlham Əliyev Şuşada ötən ilki çıxışında və bu il mayın 10-da bu şəhərdə birinci yaşayış kompleksinin açılışında sakinlərlə görüşündə də ifadə etdiyi kimi, hər kəsə bəllidir ki, Şuşa alınmaz qaladır və Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Lakin indi özünü “Milli Şura adlandıran” dərnəyin kökündə dayanan ünsürlərə o zaman Şuşanın müdafiə olunması yox, düşmənə təhvil verilməsi gərək idi ki, Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açılsın. Üstəlik, Şuşa hələ son deyildi və ölkədə vəziyyətin daha da ağırlaşdırılması, xalqın o zamankı hakimiyyətə qəzəbinin daha da körüklənməsi üçün o zaman “Dağlıq Qarabağ” adlanan ərazinin Ermənistanla birbaşa əlaqəsi təmin olunmalı idi və bu mənada Şuşanın verilməsi ilə həm də Laçının taleyi həll olunmuş oldu. Yəni Şuşanın işğalı AXC-Müsavat cütlüyünün cinayətlərinin birinci hissəsi, Laçın isə cinayətlərin ikinci pərdəsi hesab olunmalıdır. Amma bu başıpozuqların xəyanətləri Laçınla da bitmədi. Bu dəfə cinayətlərini ələ keçirdikləri iqtidarı qorumaq üçün davam etdirdilər ki, bu da bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun işğalına yol açmışdı”.Millət vəkili qeyd edib ki, digər tərəfdən, cənab İlham Əliyevin də bildirdiyi kimi, “küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi”: “Xalqın haqlı narazılığı və ümid yeri kimi Ulu Öndər Heydər Əliyevə üz tutması AXC-Müsavat iqtidarını daha da azğınlaşdıraraq yeni cinayətlərə sövq edir, hakimiyyətdə qalmaq üçün qardaş qanını axıtmaqdan, hətta vətəndaş müharibəsindən belə çəkinmədilər. Lakin xalqın iradəsi ilə Ulu Öndərin hakimiyyətə gəlişi bu gedişə son qoydu, dövlətçilik xilas oldu və sabit inkişaf yoluna qədəm qoydu. Möhtərəm Prezidentin Müzəffər Ali Baş Komandalığı altında isə Azərbaycan hərbi siyasi yolla işğal və təcavüzə separatizmə son qoyub ölkəmiz üçün yeni dönəm başlatdı. Lakin görünən odur ki, bu xəyanətkar tör-töküntünün mahiyyəti hələ də dəyişməyib və dövlət başçısının özünün də dediyi kimi, AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizdən ciddi məyusluq yaşamaqdadırlar. Amma son nəticədə bu nəyisə dəyişmir, çünki xalq bu ünsürləri artıq tarixin zibilliyinə yollayıb”.
Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
sesqazeti.az

2Mənbələr