AZ

"Azərbaycanın Belarus ilə diplomatik və iqtisadi münasibətləri çox yüksək səviyyədədir"

“Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir”. Bu barədə Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında söyləyib. İlham Əliyev işğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şeyin dağıdıldığını vurğulayıb. Prezident bildirib ki, infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. “Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”-deyə prezident bildirib. Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycan əlbəttə ki, bütün dünya ölkələri ilə tərəfdaşlıq və əməkdaşlıq etmək əzmindədir. Belarus ilə də münasibətlərimiz digər ölkələrlə olduğu kimi, səmimi və mehriban bir şəraitdə təməli qoyulub və davam etdirilir. Müşfiq Cəfərov “Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə çalışırlar. Bu gün bizim dünya dövlətləri ilə iqtisadi əlaqələrimiz genişlənir. Azərbaycan dünya ölkələri üçün etibarlı tərəfdaşdır”-deyən deputat vurğulayıb ki, Azərbaycanın Belarus ilə də diplomatik və iqtisadi münasibətləri də çox yüksək səviyyədədir. Digər tərəfdən, bu ölkə ilə iqtisadi əlaqələrimiz durmadan genişlənir. Həmçinin, Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilir. Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Tarixən Azərbaycan-Ermənistan xalqı arasında olduğu, siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sıx münasibətlər olub. Azərbaycan-Belarus münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin əsas göstəricilərindən biri də ölkə prezidentləri arasındakı xoş münasibətlərdir. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
bizimyol.info

1Mənbələr