AZ

Seneqalın baş naziri Sonko ölkəsindəki fransız əsgərlərini tənqid edib

Martın 24-də Seneqalda keçirilən prezident seçkilərindən sonra baş nazir vəzifəsinə təyin olunan Ousmane Sonko hələ də ölkəsində yerləşdirilmiş fransız əsgərlərini tənqid edib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Sonko, paytaxt Dakarda Fransanın qabaqcıl solçu liderlərindən biri Jean-Luc Melenkon ilə etdiyi ortaq mətbuat konfransında ölkəsindəki Fransız əsgərlərinin narahatlıq yaratdığına diqqət çəkib. Sonko Fransanın Seneqaldakı hərbi bazalarını tənqid edib: "Müstəqilliyimizdən 60 ildən çox keçməsinə baxmayaraq, Fransa ordusunun ölkəmizdəki müxtəlif hərbi bazalardan nə üçün hələ də faydalandığını və bu mövcudluğun milli suverenliyimizə, həmçinin strateji muxtariyyətimizə təsirini sual etməliyik”, - deyə bildirib. Seneqalın öz ərazisinə hakim olmaq istəyinin vurğulayan Sonko, bu vəziyyətin ölkədə xarici hərbi bazaların olması ilə bir araya sığmadığına diqqət çəkib. Digər tərəfdən Sonko, Sahel bölgəsindəki təhlükəsizlik problemlərinə qarşı əməkdaşlığı davam etdirəcəklərini bildirib: "Biz Saheldəki qardaşlarımızı tərk etməyəcəyik və əlaqələri gücləndirmək üçün nə lazımdırsa edəcəyik", - deyə qeyd edib. Qeyd edək ki, Mali, Burkina-Faso və Niger region ölkələrində hakimiyyət dəyişikliyindən sonra fransız əsgərləri deportasiya edilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
bizimyol.info

2Mənbələr