AZ

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb - "Yonhap"

Koreya Xalq Deokratik Respublikasının (KXDR) hərbçiləri Yapon dənizinə doğru ballistik raket atıb. Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Raketin növü və uçuş məsafəsi haqqında məlumat verilmir, əldə olunan müvafiq məlumatlar təhlil edilir. Cənubi Koreya tərəfinin bildirdiyinə görə, bundan əvvəl Pxenyan aprelin 22-də yaxın mənzilli ballistik raket buraxılıb. Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, aprelin 22-də Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi altında 600 mm-lik çoxsaylı buraxılış raket sistemlərindən istifadə etməklə simulyasiya edilmiş nüvə əks-hücumunun həyata keçirilməsi üçün təlimlər keçirilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
16
bizimyol.info

10Mənbələr