AZ

Qardaşlar 12 saniyədə 25 milyon dollar oğurlayıblar

ABŞ-da iki qardaş 12 saniyənin içində 25 milyon dollar dəyərində kriptovalyuta oğurlamaqda ittiham olunur. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında 24 yaşlı Anton Peraire-Bueno və onun böyük qardaşı, 28 yaşlı Ceyms Peraire-Bueno internet fırıldaqçılığı, eləcə də çirkli pulların yuyulması ittihamı ilə həbs ediliblər. Ədliyyə Nazirliyi bəyan edib ki, 2023-cü ilin aprelində “birinci növdür” soyğunçuluq - internet üzərindən oğurluq hadisəsi qeydə alınıb. Prokurorun müavini Liza Monako: "Çox qabaqcıl, mürəkkəb texnologiyadan istifadə edərək, Peraire-Bueno qardaşları aylardır üzərində işlədikləri planı saniyələr ərzində həyata keçirdilər və 25 milyon dollar dəyərində "Ethereum" (kriptovalyuta) oğurladılar", - deyə qeyd edib. Qardaşların ABŞ-ın ən prestijli universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil aldıqları və universitet təhsili zamanı əldə etdikləri məlumatlardan istifadə edərək "Ethereum"un pul köçürmə əməliyyatlarının yoxlanılması prosesindən yan keçdikləri bildirilir. Yerli media qardaşların MİT-də riyaziyyat və kompüter mühəndisliyi təhsili aldığını yazıb. Prokurorlar qeyd edirlər ki, bu cür “fərqli” dələduzluğa görə ilk dəfə cinayət işi açılıb. Baş prokuror Damian Uillyamsın sözlərinə görə, qardaşların oğurluğu blokçeyn sisteminin təhlükəsizliyinin möhkəmliyi ilə bağlı suallar yaradır. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
bizimyol.info

1Mənbələr