AZ

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir. Bakıdan Pekinə aviabiletlərin qiyməti: Bir tərəfə — 235 ABŞ dollarından; Gediş-dönüş — 391 ABŞ dollarından; Pekindən Bakıya aviabiletlərin qiyməti: Bir tərəfə — 214 ABŞ dollarından; Gediş-dönüş — 398 ABŞ dollarından başlayır. Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın! Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür. "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
32
bizimyol.info

10Mənbələr