AZ

Bakı-Samsun birbaşa təyyarə reysləri açılacaq

Bakı-Samsun birbaşa təyyarə reysləri açılacaq

"Hazırda Bakı-Samsun birbaşa təyyarə reysinin açılması məsələsi müzakirə olunur".


Bunu AFN.az-a açıqlamasında "1001kurort" şirkətinin direktoru Emil Həsənov deyib. Onun sözlərinə görə, Bakı-İstanbul-Samsun marşrutu ilə hərəkət etmək xəstə insanlar üçün böyük narahatlıq yaradır: "Sadəcə istirahət və ya plastik cərrahiyyə məqsədilə gələnlər üçün çətin olmasa da, xüsusilə onkoloji və ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr üçün belə uzun və yorucu marşrut həm də təhlükəlidir. Reyslərin əsasən gecə saatlarında reallaşdırılması, uçuşlararası vaxtın uzun olması da digər tərəfdən çətinlik yaradır. Bu, eyni zamanda maddi baxımdan da rentabelli deyil. Bu səbəblərdən hazırda Bakı-Samsun birbaşa reysinin açılması məsələsi müzakirə edilir və böyük ehtimalla yaxın vaxtlarda razılıq əldə olunacaq".


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
afn.az

2Mənbələr